mobil versiya

BƏƏ-Azərbaycan turizm əlaqələri müzakirə olunub



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi Dubay Turizm Departamenti, FlyDubai şirkəti, Voyager Group və AviaPartner şirkəti ilə birgə BƏƏ-nin turizm sektorunda investisiya imkanlarını təqdim edib. 

Reportyor.az xəbər verir ki, tədbirdə 30-dan çox turizm şirkəti iştirak edib.

Səfir Mohammed AlBluşi çıxışında turizmin təkcə səyahətdən ibarət olmadığını, eləcə də insanları və mədəniyyətləri birləşdirdiyini qeyd edib. Diplomat həmçinin turizmin iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu vurğulayaraq, iştirakçılara BƏƏ-nin sərmayə üçün əlverişli qanunvericiliyi, iş adamları üçün çox münasib vergi qaydaları, BƏƏ hökumətinin xarici investorlar üçün yaratdığı əlverişli mühit barədə məlumat verib.


Səfir Al Bluşi bildirib ki, səfirlik BƏƏ ilə Azərbaycan arasında turizm əlaqələrinin gələcəyi üçün əməkdaşlığı dəstəkləməyə, ideyaları bölüşməyə və güclü tərəfdaşlıq əlaqələri qurmağa hazırdır.

Tədbir şəbəkələşmə və müzakirələrlə davam edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 15-04-2025, 09:45