mobil versiya

Messi uşaqlarının sevimli futbolçularının adlarını açıqlayıb




Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messiyə uşaqlarının ən çox sevdiyi futbolçularla bağlı sual ünvanlanıb.

Reportyor.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard uşaqlarının sevimli futbolçularının adlarını açıqlayıb:

“Uşaqlarım hansı oyunçuları izləyir? Kilian Mbappe, Vinisius Junior, Lamin Yamal, Robert Levandovski, Erlinq Haland”.
Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonuna kimidir.

KARUSEL / DÜNYA
Tarix: 18-04-2025, 13:54