mobil versiya

Azərbaycan Velosiped Federasiyasına yeni prezident seçilib



Azərbaycan Velosiped Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.

Reportyor.az Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, yığıncaqda AVF rəhbərliyinə seçki keçirilib.

“Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov federasiyanın prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Zaur Axundov bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

KARUSEL / İDMAN
Tarix: 2-05-2025, 14:11