Rubio Britaniya və müttəfiqlərinin İsrail nazirlərinə qarşı tətbiq etdiyi sanksiyaları pisləyib

Birləşmiş Ştatların dövlət katibi Marko Rubio bildirib ki, Böyük Britaniya, Kanada, Norveç, Yeni Zelandiya və Avstraliya hökumətləri tərəfindən İsrail Nazirlər Kabinetinin iki daimi üzvünə qarşı tətbiq edilən sanksiyaları pisləyir.
Reportyor.az xəbər verir ki, ölkələr İordan çayının qərb sahilində fələstinlilərə qarşı dəfələrlə zorakılığı qızışdırmaqda ittiham edərək, ifrat sağçı nazirlər Itamar Ben-Gvir və Bezalel Smotrich-ə sanksiya tətbiq edib.
"Bu sanksiyalar ABŞ-ın atəşkəsə nail olmaq, bütün girovları evə gətirmək və müharibəni bitirmək səylərini irəli aparmır. ABŞ sanksiyaları ləğv etməyə çağırır və İsraillə çiyin-çiyinə dayanır” - Rubio X-də yazıb.
KARUSEL / DÜNYA
Tarix: 11-06-2025, 11:49