mobil versiya

İfrat sağçı İsrail naziri Smotriç ABŞ-a səfər edəcək





İşğal altındakı İordan çayının qərb sahilinin ilhaqını dəstəkləyən İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç qısa bir səfər üçün ABŞ-a getdiyini söyləyib.

Reportyor.az xəbər verir ki, bunu Smotriç sosial media platforması X-də yazıb.

"Bu səfərin məqsədi İsrail və ABŞ arasında iqtisadi əməkdaşlığı gücləndirməkdir... və ölkələrimiz arasında strateji müttəfiqliyi dərinləşdirməkdir".

Onun səfəri ABŞ prezidenti Donald Trampın 1967-ci ildən İsrail tərəfindən işğal olunmuş Fələstin ərazisi olan İordan çayının qərb sahilinin hamısının və ya bir hissəsinin ilhaqını dəstəkləyib-dərtəməyəcəyini açıqlayacağı gözlənilir.

Baş nazir Benyamin Netanyahunun parlament çoxluğunun dəstəyinin açarı olan ultramillətçi məskunlaşmaçı Smotriç, ABŞ maliyyə naziri Scott Bessent və digər ABŞ hökumət rəsmiləri ilə görüşəcəyini söyləyib.


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:38