mobil versiya

MİQ üzrə daha bir neçə fənlə bağlı apellyasiya müraciətlərinə start verilib





İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verilib.

Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.(apa)




KARUSEL / CƏMİYYƏT
Tarix: 9-07-2025, 13:28