15 tank əleyhinə mina, 1 097 partlamamış hərbi sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.07.2025 - 27.07.2025) açıqlanıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 46 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 1 097 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
1 354,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Dünən, 13:30