Reytinq: Azərbaycanın mövqeyi dəyişməyib

Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
3-cü təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb.
Ukrayna (19.600) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.
Bu həftə Azərbaycan təmsilçilərindən “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə “Şkendiya”nı (Şimali Makedoniya) məğlub edib – 1:0. “Sabah” UEFA Konfrans Liqasının 3-cü təsnifat mçərhələsində Bolqarıstanın “Levski” klubuna 0:1 hesabı ilə uduzub. “Araz-Naxçıvan” isə Bakıda Kiprin “Omoniya” komandasına böyük hesabla yenilib – 0:4.
UEFA reytinqində İngiltərə (94.839) liderdir.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 8-08-2025, 11:15