Azərbaycan klubu oyunçusu ilə yeni müqavilə bağlayıb

FİBA Avropa Kubokunda iştirak edəcək “Abşeron Lions” basketbolçusu Azər İbrahimovla müqavilənin müddətini uzadıb.
Bu barədə klubdan məlumat verilib.
Gənc oyunçu 2025/2026 mövsümündə də komandanın formasını geyinəcək.
Azər İbrahimov aşağı yaş qrupları üzrə Azərbaycan millisinin üzvüdür.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:38