Mbappe Azərbaycan millisi ilə oyunu buraxacaq?

“Real”ın hücumçusu Kilian Mbappe Fransa millisinin məşqində iştirak etməyib.
Bu barədə “Tuttomercatoweb” məlumat yayıb.
Didye Deşamın komandası 2026-cı il dünya çempionatının seçmə mərhələ oyunlarına hazırlaşır. Mbappe İspaniya La Liqasının son turunda, “Vilyarreal”la (3:1) qarşılaşmada aldığı zədə səbəbindən millinin məşq prosesini buraxıb.
Fransa yığması növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək. Qarşılaşma oktyabrın 10-da olacaq. Mbappenin bu görüşdə meydana çıxıb-çıxmayacağı hələlik məlum deyil. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: 7-10-2025, 14:24



























