mobil versiya

DÇ-2027: Azərbaycan millisinin rəqibləri müəyyənləşib





Azərbaycanın qadın futbolçulardan ibarət millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C liqasında mübarizə aparacaq.
Püşk zamanı ikinci səbətdə yer alan yığma 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.
DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.

Reportyor.az





KARUSEL / İDMAN
Tarix: 4-11-2025, 17:21