mobil versiya

Azərbaycan millisinin DÇ seçmə mərhələsindəki rəqibləri bu gün açıqlanacaq



İsveçrənin Sürix şəhərində bu gün 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş, AFFA-nın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və yığmanın direktoru İlqar Qurbanov iştirak edəcəklər.
Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq
Azərbaycan seçməsi püşkatmada IV səbətdə yer alacaq.
I səbət: Almaniya, Portuqaliya, Fransa, İtaliya, İspaniya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya
II səbət: Türkiyə, İsveç, Ukrayna, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç
III səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Gürcüstan, Şimali Makedoniya, Finlandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail
IV səbət: Bolqarıstan, Lüksemburq, Kosovo, Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva
V səbət: Malta, Moldova, Andorra, Cəbəllütariq, San-Marino, Lixtenşteyn
Qeyd edək ki, komandalar 12 qrupda yer alacaq. Burada birinci olanlar mundiala birbaşa vəsiqə qazanacaqlar. Turnir ABŞ, Kanada və Meksikada reallaşacaq.

KARUSEL / İDMAN
Tarix: 13-12-2024, 10:55