mobil versiya

Azərbaycan ağırlıqqaldıranı İslamiadada 2 gümüş medal qazanıb


Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 2 medal qazanıb.

Azərbaycan millisinin üzvü birdən qaldırmada 180 kiloqram ağırlığın öhdəsindən gələrək bu hərəkətdə ikinci yeri tutub.
O, təkanla qaldırmada 211 kiloqram çəkini başı üzərinə qaldırıb.
D.Dadaşbəyli iki hərəkətin cəmində isə 391 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, bununla da ağırlıqqaldırma üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medalların sayı 11-ə çatıb. Daha əvvəl Nuray Əbilova (48 kiloqram) 3 bürünc, İsa Rüstəmov (71 kiloqram) 1 gümüş və 2 bürünc, Ravin Alməmmədov (79 kiloqram) isə 2 gümüş və 1 bürünc mükafat əldə edib.

Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:14