Mərakeş Dohada keçirilən "Fashion Trust Arabia" tədbirində iki mükafat qazandı

Mərakeş Dohada moda, aksesuarlar və zərgərlik sahəsində yeni istedadların dəstəklənməsinə həsr olunmuş 7-ci "Fashion Trust Arabia" tədbirində iki mükafat qazanaraq fərqləndi.
"Fashion Trust Arabia"nın fəxri prezidenti Əlahəzrət Şeyxa Moza bint Nasserin sədrliyi ilə keçirilən illik "Fashion Trust Arabia 2025" mükafatlandırma mərasimində mərakeşli dizaynerlər Yusif İdrissi və Leyla Rukni müvafiq olaraq "Hazır geyim" və "Aksesuarlar" kateqoriyalarında mükafatlar qazandılar.
"Fashion Trust Arabia"nın həmsədrləri Şeyxa Əl Mayassa bint Həməd Əl Sani və Tania Faresin, eləcə də beynəlxalq şəxsiyyətlərin, moda sənayesinin aparıcı simalarının və gənc dizaynerlərin iştirak etdiyi mərasimdə "Axşam geyimi" kateqoriyası üzrə mükafat da Səudiyyə Ərəbistanı dizayneri Ziyad Əl Buaineinə verildi.
"Zərgərlik" kateqoriyası üzrə mükafat misirli dizayner Fərəh Radvana, bəhreynli dizayner Alaa Əl Əradi isə gənc istedadlara həsr olunmuş "Franca Sozzani" mükafatına layiq görülüb.
Bəhreynli dizaynerlər Fatimə və Dalal Əl Xaca "Moda Texnologiyası" mükafatına, "Qonaq Ölkə" mükafatı (Hindistan) isə Kartik Kumraya təqdim edilib.
"Fashion Trust Arabia" regionda öz növündə ilk təşəbbüs hesab olunur və dizaynerləri dəstəkləmək və onların beynəlxalq bazara çıxmasına hazırlaşmalarına kömək etmək üçün maliyyələşdirmə və peşəkar mentorluq şəklində əhəmiyyətli imkanlar təklif edir.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 14:50


























