mobil versiya

Şeyxa Moza bint Nasir UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən istefa verib



Qətər Dövlətinin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin həyat yoldaşı Şeyxa Moza bint Nasir Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatın (UNESCO) xoşməramlı səfiri vəzifəsindən istefa verib.
Bu barədə qərar Şeyxa Mozanın UNESCO-nun Yaxın Şərqdə baş verən gərginliyin fonunda Qəzzadan olan uşaqları xilas etmək və onlara yardım göstərməkdə öz rolunu yerinə yetirə bilmədiyini söyləməsindən sonra verilib.
Əlahəzrət Şeyxa Moza bu qərarı noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısı zamanı elan edib.
Şeyxa Moza bint Nasir qlobal səviyyədə təhsili dəstək vermək üçün 2003-cü ildən bəri BMT ilə birgə fəaliyyət göstərirdi.

KARUSEL / DÜNYA
Tarix: 16-11-2023, 13:51