mobil versiya

Bədii gimnastika üzrə 30-cu Bakı çempionatı start götürüb



Bədii gimnastika üzrə 30-cu Bakı çempionatı başlayıb.

Milli Gimnastika Arenasında təşkil olunan turnirdə 6 idman klubundan 130-a yaxın gimnast iştirak edir. İdmançılar balacalar, yeniyetmələr, gənclər yaş kateqoriyaları üzrə top, lent, gürzlər və halqa ilə proqramlarda bacarıqlarını nümayiş etdirirlər.

İlk mükafatçılar noyabrın 29-da bəlli olacaq. Yarışa isə noyabrın 30-da yekun vurulacaq.

Reportyor.az

KARUSEL / İDMAN
Tarix: 28-11-2025, 13:00