Çin və Pakistan birgə "Döyüşçü-IX" terrorizmə qarşı mübarizə təlimi keçirəcək

Noyabrın sonundan dekabrın ortalarına qədər Çin Xalq Azadlıq Ordusunun Qərb Teatr Komandanlığı və Pakistan Ordusunun qoşunları Pakistanda "Döyüşçü-IX" birgə terrorizmə qarşı mübarizə təlimi keçirəcək.
Çin Müdafiə Nazirliyinin yaydığı açıqlamada belə deyilir.
Çin Müdafiə Nazirliyinin açıqlamasına görə, "birgə terrorizmə qarşı mübarizə və zərbə əməliyyatları" mövzusuna yönəlmiş təlim iki ordunun birgə terrorizmə qarşı mübarizə qabiliyyətlərini sınamaq və gücləndirmək, eləcə də regional sülh və sabitliyi birgə qorumaq məqsədi daşıyır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 1-12-2025, 15:18



























