“Qalatasaray” və “Fənərbaxça”nın futbolçusu saxlanılıb
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Metehan Baltacı saxlanılıb.Türkiyə mətbuatı xəbər verir ki, o, mərc oyunlarında iştirak etməkdə ittiham olunduğu üçün tutulub.
Səhər saatlarında 50-yə yaxın şəxs mərc oyunları və danışılmış matçlarla bağlı tutulub. Onların arasında “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş və keçmiş hakim Ahmet Çakar da var.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 5-12-2025, 14:03



























