mobil versiya

Qətərin Azərbaycandakı keçmiş səfiri Türkiyəyə səfir təyin olunub






Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani Türkiyəyə yeni səfir təyin edib.

Əmirin imzaladığı Fərmanla Feysəl bin Abdullah bin Həməd Əl-Hənzab Türkiyə Respublikasına Fövqəladə və Səlahiyyətli Səfir təyin edilib.

Xatırladaq ki, Feysəl bin Abdullah bin Həməd Əl-Hənzab 2019-2023-cü illərdə Qətər Dövlətinin Azərbaycanda Səfiri olub.

2023-2026-cı illərdə isə o, Qətər Xarici İşlər Nazirinin Xüsusi Elçisi vəzifəsini icra edib.

Reportyor.az 

-
KARUSEL / DÜNYA
Tarix: 5-01-2026, 11:47