“Çelsi”nin satışından əldə edilən gəlirdən Zelenski “pay” gözləyir

Xarici KİV xəbər verir ki, Prezident bunu qeyd edib:
“Biz Keir ilə “Çelsi” futbol klubunun satışından əldə edilən dondurulmuş vəsaitlər məsələsinin ədalətli həllinə ehtiyac olduğunu müzakirə etdik. Bu, təxminən iki yarım milyard funt sterlinq deməkdir ki, bu da Ukraynaya kömək edə bilər və etməlidir”.
Rus iş adamı Roman Abramoviç 2022-ci ildə Britaniya hökumətindən bütün gəlirlərin Ukraynadakı müharibədən təsirlənənləri dəstəkləmək üçün istifadə edilməsi şərti ilə “Çelsi” futbol klubunu satmaq üçün icazə alıb. Lakin klubun keçmiş sahibi ilə aparılan mürəkkəb danışıqlar səbəbindən vəsaitlər dondurulmuş olaraq qalır.
Artıq bir neçə ildir ki, Rusiya Ukraynaya hücumlarını davam etdirir və bu ölkənin ərazilərini işğal edib.(komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 5-01-2026, 14:39



























