Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər

Keir Starmerin rəhbərlik etdiyi Britaniya hökuməti 16 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial mediaya çıxışı qadağan etməyi düşünür.
Bu barədə The Guardian qəzeti xəbər verir.
Leyborist millət vəkilləri ilə danışan Starmer, Avstraliyanın nümunəsini izləməyə və uşaqların və yeniyetmələrin sosial mediadan istifadəsini məhdudlaşdırmağa hazır olduğunu ifadə edərək, onların telefonlarında keçirdikləri vaxtla bağlı narahatlıqlarını dilə gətirib. O, hətta beş yaşlı uşaqların da hər gün saatlarla ekran qarşısında vaxt keçirdiyini göstərən məlumatları vurğulayıb.
Qəzetin qeyd etdiyi kimi, Starmer əvvəllər uşaqlar üçün sosial medianın qadağan edilməsinə qarşı çıxıb və bunun tətbiqinin çətin olacağına inanırdı. Lakin millət vəkilləri arasında belə bir tədbirə artan dəstək fonunda o, fikrini dəyişib.
10 dekabrda Avstraliya dünyada 16 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən ilk ölkə olub. Qanuna əsasən, böyük platformalar 16 yaşdan kiçik istifadəçiləri bloklamalıdır. Bu tələbə əməl etməyən şirkətlər 50 milyon Avstraliya dollarına (33 milyon dollar) qədər cərimə oluna bilər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 14-01-2026, 14:28



























