Uyğunsuzluq aşkarlanan 3 ton araxis məhsulunun satışa çıxarılmasının qarşısı alınıb

Nəzarət tədbirləri çərçivəsində "MORS TRADİNG" MMC-nin Özbəkistandan idxal etdiyi təmizlənmiş araxis məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib.
Laborator müayinə nəticəsində Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
3 ton məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyaları məhv edilib.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 17:53



























