mobil versiya

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilir



Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk olaraq meydana “Sumqayıt” və “Zirə” komandaları çıxacaqlar. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüş saat 17:00-da başlayacaq.

Günün ikinci matçında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.
Qeyd edək ki, fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı"-"Qarabağ" və "Turan Tovuz"-"Kəpəz" oyunları keçiriləcək.
Bu raundun digər görüşləri martın əvvəlində təşkil olunacaq.

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 4-02-2026, 12:11