mobil versiya

Azərbaycan Kuboku üzrə bu gün daha iki oyun oynanılacaq



Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
İlk olaraq "İrəvan" "Araz-Naxçıvan"ı qəbul edəcək. Qarşılaşma saat 13:00-da başlayacaq.
Günün ikinci matçı "İmişli" və "Qəbələ" komandaları arasında reallaşacaq. Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da start götürəcək.

Azərbaycan Kuboku
1/8 final
13:00. “İrəvan” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“ASK Arena” (“CBC Sport”/canlı)
16:00. “İmişli” – “Qəbələ”
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu (“CBC Sport”/canlı)
Qeyd edək ki, daha əvvəl "Sabah" və "Sumqayıt" 1/4 finala yüksəlib. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 19-12-2023, 09:39