mobil versiya

Neymar geri dönür




“Santos”un hücumçusu Neymar zədədən sonra komandanın heyətinə qayıtmağa yaxındır.

Ge.Globo” xəbər verir ki, braziliyalı futbolçunun qarşıdakı həftəsonu keçiriləcək “Velo Klub” ilə matç üçün sifariş ərizəsinə daxil edilməsi planlaşdırılır.
Neymar sonuncu dəfə iki aydan çox əvvəl “Kruzeyro” ilə matçda meydanda olub.
33 yaşlı futbolçunun “Santos”la müqaviləsinin müddəti 2026-cı ilin dekabrında başa çatacaq. O, Avropada daha çox “Barselona” və PSJ-dəki çıxışı ilə tanınır. (Komanda.az)


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:52