mobil versiya

İngiltərə klubu Ronaldonu transfer edə bilər



“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Avropaya qayıtması ilə bağlı xəbərlər yayılmaqda davam edir. O, fevralın əvvəlində klubunun iki oyununu boykot etdi, ancaq daha sonra heyətə qayıtdı və Səudiyyə Ərəbistanında qalmaq niyyətində olduğunu açıqladı.

Football Insider” xəbər verir ki, belə bir müqaviləni ödəyə bilən azsaylı Avropa klublarından biri olan “Çelsi” 41 yaşlı futbolçunun vəziyyətini izləməyə davam edir.

London klubunun rəhbərliyi Ronaldonun transferinin böyük kommersiya faydaları gətirəcəyinə inanır.
Kriştiano Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: 26-02-2026, 13:29