Səfirlik: 100 mindən çox könüllü xilasedici hadisə yerlərinə cəlb olunaraq xidmət göstərib
"ABŞ və İsrailin Fars əyalətinə hücumları nəticəsində 35 nəfər şəhid olub".
Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.
"Nournews"-un məlumatına görə, Fars əyaləti Şəhidlər Fondunun baş direktoru bildirib ki, ABŞ və İsrailin hava hücumları nəticəsində indiyədək bu əyalətin 35 sakini şəhid olub. Bu rəqəmin artacağı istisna edilmir.
Xəbərdə deyilir ki, İran İslam Respublikası Tele-Radio Təşkilatına (İrib) ABŞ və İsrail tərəfindən hərbi hücum edilib: Martın 1-də, İran Teleradiosunun (İrib) bəzi bölmələri ABŞ və İsrailin hərbi hücumuna məruz qalsa da, telekanalların yayımı fasiləsiz davam edir. Qurumun yaydığı məlumatda bildirilir ki, hazırda yayım normal rejimdə fəaliyyət göstərir və tamaşaçılar texniki kəsilmələrlə qarşılaşdıqları təqdirdə kanalları yenidən axtarışa verməlidirlər.
İran Teleradiosu (İrib) mülki bir təsisat olmaqla yanaşı, ölkənin mühüm informasiya və mədəniyyət infrastrukturu hesab olunur. Beynəlxalq hüquq prinsiplərinə əsasən, mülki hədəflərə hücum hərbi cinayət kimi hesab olunur. Cenevrə Konvensiyasının 52-ci maddəsinə görə, bütün mülki obyektlər və onların personalı hərbi əməliyyatlardan kənar tutulmalı və toxunulmazdır. Beləliklə, İrib-in hədəfə alınması beynəlxalq hüquq normalarının və insan haqlarının kobud şəkildə pozulmasıdır.
Qeyd olunub ki, yaralıların xilas edilməsində 100 min xilasedici iştirak edib. İİR Qızıl Aypara Cəmiyyətinin sədri xilasedici qüvvələrin hadisə bölgələrində xidmət göstərməyə tam hazır olduğunu qeyd edərək bildirib: "Düşmənin terror hücumunun ilk dəqiqələrindən etibarən 100 mindən çox könüllü xilasedici (xilasetmə əməliyyatları üzrə mütəxəssis) hadisə yerlərinə cəlb olunaraq xidmət göstərir".
Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun "Qandi" xəstəxanasına edilən hücuma reaksiyası: İran Səhiyyə Nazirliyinin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom "X" sosial şəbəkəsində yazıb: "İran paytaxtının bugünkü bombardmanı zamanı Tehrandakı "Qandi" xəstəxanasının zərər görməsi barədə məlumatlar dərindən narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatı hazırda baş vermiş hadisəni araşdırır və faktları təsdiqləməyə çalışır".
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 3-03-2026, 13:20



























