ABŞ-ın Qətərdəki səfirliyi burda yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb

Yaxın Şərqdə davam edən eskalasiyalar fonunda ABŞ-nin Qətərdəki səfirliyi körfəz ölkəsində yaşayan Birləşmiş Ştatlar vətəndaşlarını dərhal ölkə hüdudlarını tərk etməyə çağırıb.
Bu barədə ABŞ-nin Qətərdəki səfirliyinin “X” səhifəsində məlumat yayılıb.
“Martın 3-də Dövlət Departamenti silahlı münaqişə təhlükəsi ilə əlaqədar olaraq fövqəladə vəzifələrdə olanları istisna olmaqla ABŞ hökumətinin əməkdaşlarına və onların ailə üzvlərinə Qətəri tərk etməyi tapşırıb. Təhlükəsiz olduğu təqdirdə, amerikalılar Qətəri elə indi tərk etməlidirlər. Qətərin hava məkanı və dəniz marşrutları bağlı olaraq qalır. Səudiyyə Ərəbistanı ilə Salva quru sərhəd-keçid məntəqəsi hazırda açıqdır”,-məlumatda qeyd olunur.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 4-03-2026, 17:36



























