mobil versiya

Konqoda Koltan mədənində baş verən torpaq sürüşməsi nəticəsində 200-dən çox insan həlak olub



Konqo Demokratik Respublikasındakı Rubaya koltan mədənində güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində 200-dən çox insan həlak olub.

Media xəbər verir ki, Konqo Demokratik Respublikasının Mədən Nazirliyi çərşənbə günü qurbanlar arasında təxminən 70 uşağın olduğunu bildirib.

"Əl-Cəzirə"nin verdiyi məlumata görə, yaralılar Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərindəki tibb müəssisələrinə təxliyə edilib.

Məlumata görə, hadisə son günlərdə yağan güclü yağışlardan sonra baş verib.

Yanvar ayının sonlarında eyni mədənində də 200-dən çox insanın öldüyü güclü yağışdan sonra oxşar qəza baş verib.

Rubaya mədəni dünyadakı koltan istehsalının təxminən 15 faizini istehsal edir. Emaldan sonra koltan mobil telefonlar, kompüterlər, aerokosmik avadanlıqlar və qaz turbinləri istehsalı da daxil olmaqla bir neçə sənayedə geniş istifadə olunan tantala çevrilir.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: 5-03-2026, 12:17