İndoneziyada torpaq sürüşməsi azı 17 nəfərin həyatına son qoyub
İndoneziyada yağışın səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 17 nəfərin ölümü, 9 nəfərin itkin düşməsindən sonra yüzlərlə xilasedici qalın palçıq və dağıntıların arasından sağ qalanları tapmaq üçün axtarış aparılır.
Reportyor.az xəbər verir ki, bazar ertəsi Mərkəzi Yava əyalətinin Pekalonqan şəhəri yaxınlığındakı dağlıq ərazidə yağan intensiv yağışlar nəticəsində torpaq sürüşməsi baş verib, körpülər uçub, avtomobillər və evlər basdırılıb.
Axtarış-xilasetmə agentliyi Basarnas çərşənbə günü verdiyi açıqlamada ölənlərin sayının çərşənbə axşamından etibarən dəyişməyərək 17 ölü, 9 itkin və 13 nəfərin yaralandığını bildirib.
Lakin daha bir cəsədin tapıldığını, yerli məmur Mohammad Yulian Akbar ölənlərin sayının 18 nəfər olduğunu bildirib.
Akbar bildirib ki, axtarış qrupları üçün yola çıxışı təmizləmək üçün ağır texnika yerləşdirilib və 200-ə yaxın xilasedici heyət köməyə göndərilib.
Çərşənbə axşamı Milli Fəlakətlərin Azaldılması Agentliyinin (BNPB) sözçüsü Əbdül Muhari xəbərdarlıq edib ki, növbəti üç gün üçün hava proqnozu sel, daşqın və torpaq sürüşmələrinə səbəb ola biləcək.
İndoneziya yağışlı mövsümdə, adətən noyabr-aprel ayları arasında sürüşməyə meyllidir.
Noyabr ayında İndoneziyanın qərbində güclü yağışların səbəb olduğu daşqınlar 27 nəfərin həyatına son qoyub.
Amma son illərdə əlverişsiz hava şəraitinin yaratdığı bəzi fəlakətlər həmin mövsümdən kənarda baş verib. İqlim dəyişikliyi həmçinin fırtınaların intensivliyini artıraraq, daha güclü yağışlara, daşqınlara və güclü küləklərə səbəb olub.
May ayında Qərbi Sumatrada güclü yağışların daşqınlara səbəb olması və Marapi dağının püskürməsi nəticəsində yaranan kül, qum və çınqılların qarışığını yaşayış məntəqələrinə itələməsi nəticəsində ən azı 67 nəfər həlak olub.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:33