İndoneziyada daşqınlarda 13 nəfər həlak olub
İndoneziyanın şərqində güclü yağışların səbəb olduğu daşqınlarda ən azı 13 nəfər həlak olub.
Təbii Fəlakətlərə Qarşı Mübarizə üzrə Milli Agentliyin (BNPB) sözçüsü Əbdül Mahari bildirib ki, Ternate adasında axtarış-xilasetmə qrupları hələ də itkin düşənləri axtarır.
Ternate şəhərində bazar günü səhərdən yağan güclü yağışlar nəticəsində 2 nəfər xəsarət alıb, 10 evə ciddi ziyan dəyib.
İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi (BMKG) yaxın günlərdə Ternate şəhəri və ətraf ərazilərə daha güclü yağışların yağacağını gözləyir.
İndoneziya bu ilin əvvəlində Sumatra adasında çoxlu sayda insanın həyatına son qoyan və onlarla insanın itkin düşməsinə səbəb olan daşqın və sürüşmələrə şahid olduğu üçün yağışlı mövsümdə müxtəlif ərazilərdə torpaq sürüşməsi və daşqınlara məruz qalır.
KARUSEL / DÜNYA
Tarix: 26-08-2024, 10:18