mobil versiya

İnyesta Mərakeş milli komandasının idman direktoru təyin edilib




“Barselona”nın sabiq futbolçusu Andres İnyesta Mərakeş milli komandasının idman direktoru təyin edilib.

Xarici KİV xəbər verir ki, Mərakeş Futbol Federasiyasının mətbuat xidməti ispaniyalı sabiq futbolçunun təyinatını açıqlayıb.

Bu yaxınlarda Mərakeş millisinin “Barselona”nın sabiq çalışdırıcısı Xavi Hernandesi baş məşqçi vəzifəsinə dəvət etmək niyyətiylə bağlı xəbərlər də yayılıb. Mərakeşlilər mart ayının sonunda Ekvador və Paraqvay yığmalarıyla yoldaşlıq oyunları keçirəcək. Komanda qarşıdan gələn dünya çempionatında isə Braziliya, Şotlandiya və Haiti milliləriyla eyni qrupda mübarizə aparacaq.

İnyesta 2024-cü ildə futbolçu karyerasını bitirib və dəfələrlə məşqçi olmaq istədiyini bildirib.

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 6-03-2026, 10:28