O, 2000-ci illərin ən yaxşı futbolçusu seçilib
"Barselona"nın və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo 2000-ci illərin ən yaxşı futbolçusu seçilib.
Bu barədə Birləşmiş Krallığın "FourFourTwo" jurnalı 50 oyunçunun reytinqini tərtib edib.
Sırf bu müddət ərzində tamaşaçıların rəyi nəzərə alınıb.
Ronaldinyo Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu olub.
2004 və 2005-ci illərdə Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən dünyanın ən yaxşı futbolçusu seçilib.
Braziliyalı 2005-ci ildə "Qızıl top"u qazanıb.
Müxtəlif vaxtlarda "Qremio", "Flamenqo", "Atletiko Mineyro", "Fluminense", "Paris Sen-Jermen" və "Milan"da çıxış edib.
Ronaldinyo 2018-ci ildə təqaüdə çıxıb.
2000-ci illərin ən yaxşı 10 futbolçusu:
1. Ronaldinyo (Braziliya);
2. Zinəddin Zidan (Fransa);
3. Kaka (Braziliya);
4. Tiyeri Anri (Fransa);
5. Kriştianu Ronaldu (Portuqaliya);
6. Xavi (İspaniya);
7. Ronaldo (Braziliya);
8. Andres İnyesta (İspaniya);
9. Zlatan İbrahimoviç (İsveç);
10. Lionel Messi (Argentina).
KARUSEL / İDMAN
Tarix: 28-09-2023, 09:01