mobil versiya

Kubok: “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”nın rəqibləri bilinib




Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

İstanbul təmsilçilərindən “Beşiktaş” bu mərhələdə “Alanyaspor”la üz-üzə gələcək. “Fənərbaxça” “Konyaspor”la, “Qalatasaray” “Gənclərbirliyi” ilə münasibətlərə aydınlıq gətirəcək. “Trabzonspor” isə “Samsunspor”la görüşəcək.

“Qalatasaray” – “Gənclərbirliyi” cütünün qalibi növbəti mərhələdə “Samsunspor” – “Trabzonspor” duelinin güclüsü ilə, “Beşiktaş” – “Alanyaspor” görüşündə üstün olacaq tərəf “Konyaspor” – “Fənərbaxça” qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

1/4 final oyunları 21-22-23 apreldə, yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda keçiriləcək. (Komanda.az)


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 11-03-2026, 16:27