İrqçiliklə mübarizə aparmaq üçün dırnaqlarını qara rəngə boyayan futbolçu

“Selta”nın hücumçusu Borxa İqlesias homofob şüarlar (insanlarda nifrət və ayrı-seçkilik yaradan) haqqında fikirlərini bölüşüb.
“Ekip” xəbər verir ki, ispaniyalı futbolçu, bu cür şüarların homofobiyanı birbaşa göstərməsinə baxmayaraq, həmin insanların həqiqətən homofob olduğu anlamına gəlmədiyini bildirib:
“Homofobiya bəzi futbol azarkeşlərinin şüarlarının sözlərində də özünü göstərir. Bu, mütləq bu insanların homofob olduqları anlamına gəlmir, amma inanmadığınız bir şeyi oxuduğunuz zaman yenə də müəyyən bir mesaj göndərirsiz. Bəzən əslində kim olduğumuzu əks etdirməyən şəkildə davranırıq və bu daxili ziddiyyət üzərində düşünməyə dəyər.
Bu cür şüarların qadağan edilməsi bəzən stadionlardan qaynaqlanan düşmənçiliyi azaldacaq. Amma biz bu davranışın kök səbəblərini aradan qaldırmalı və insanları çox erkən yaşlarından maarifləndirməliyik”.
O, akademiyalardakı zərərli vərdişlər haqqında bunları deyib:
“Oğlanlar qadınlarla dostluğun mümkün olmadığı fikrini inkişaf etdirirlər. Bir qızla danışanda reaksiya belə olur: “Onunla yatmaq istəyirsən?”
BLM hərəkatı (qaradərili insanların hüquqlarını və onlara qarşı irqi ayrı-seçkiliklə mübarizəni müdafiə edən beynəlxalq ictimai hərəkat) mənə çox təsir etdi – diqqəti cəlb etmək və İspaniyada irqçiliklə mübarizə aparmaq üçün dırnaqlarımı qara rəngə boyadım”.(Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 12-03-2026, 11:31



























