Kyeza millinin düşərgəsindən ayrılıb

"Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza DÇ-2026-nın pley-off mərhələsində oynamayacaq.
İtaliyalı futbolçu səhhətindəki problemlərə görə milli komandanın düşərgəsindən ayrılıb.
“Bolonya”nın futbolçusu Nikolo Kambiaqi “Liverpul”un yarımmüdafiəçisini əvəz etmək üçün heyətə çağırılıb.
İtaliya millisi martın 26-da 2026-cı il dünya kubokuna vəsiqə uğrunda pley-off-da Şimali İrlandiya yığması ilə qarşılaşacaq. Qalib komanda növbəti mərhələdə Uels və ya Bosniya və Herseqovina cütünün qazananı ilə üz-üzə gələcək.(Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 23-03-2026, 17:14



























