mobil versiya

Dünyada 273 milyon uşaq məktəbdən kənarda qalır: UNESCO







Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) bildirir ki, məktəbdən kənarda qalan uşaq və gənclərin sayı ardıcıl yeddinci ildir ki, 273 milyona çatıb.

2026-cı il Qlobal Təhsil Monitorinqi (GEM) Hesabatına görə, dünya üzrə məktəb yaşlı uşaqların təxminən altıda biri məktəbdən kənarda qalır və şagirdlərin yalnız üçdə ikisi orta təhsilini başa vurur. Əhalinin artımı, böhranlar, müharibələr və təhsil büdcələrində azalmalar əsas səbəblər kimi göstərilir.

Hesabatda həmçinin qeyd olunur ki, uşaqların altıda birindən çoxu münaqişə zonalarında yaşayır və bu da təhsilə çıxışı daha da məhdudlaşdırır.

UNESCO xəbərdarlıq edir ki, Yaxın Şərqdə davam edən gərginlik məktəblərin bağlanmasına səbəb olub və milyonlarla uşağı təhsildən məhrum edib.

Bu çətinliklərə baxmayaraq, irəliləyiş var. 2000-ci ildən bəri ibtidai və orta təhsildə təhsil alanların sayı 30 faiz artaraq 1,4 milyard şagirdə çatıb.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:33