mobil versiya

Gürcüstan Milli Teatrının “Zəncirlənmiş Prometey” tamaşası Bakıda təqdim ediləcək






Gürcü teatr sənətinin möhtəşəm səhnə əsəri paytaxt tamaşaçılarına təqdim olunur.

28 və 29 aprel tarixlərində saat 19:30-da Azərbaycan Dövlət Akademik Dram Teatrı səhnəsində Şota
Rustaveli adına Gürcüstan Milli Teatrını
n repertuarında böyük uğurla nümayiş olunan iki hissəli
“Zəncirlənmiş Prometey” tamaşası təqdim ediləcək.

Janrı faciəvi fantaziya olan səhnə əsəri qədim yunan dramaturqu **Esxil**in eyniadlı pyesi əsasında
hazırlanıb. Səhnə versiyasının müəllifi və quruluşçu rejissoru dünya şöhrətli gürcü rejissoru **Robert
Sturua**
dır.

Rejissor tamaşa haqqında qeyd edir ki, Esxil Prometeyə həsr olunmuş üç faciə yazıb, lakin dövrümüzə yalnız biri — “Zəncirlənmiş Prometey” gəlib çatıb. Əsərdə insanın bəşəriyyəti xilas etmək uğrunda mübarizəsi təsvir olunur. Zevs Prometeyi cəzalandırır, lakin o, müqavimət göstərməkdən vaz keçmir və öz qəhrəmanlıq yolundan dönmür. Nəhayət, bütün sınaqlardan keçir.
Robert Sturuanın interpretasiyasında tamaşa müasir dövrün reallıqları ilə səsləşir. Dünyanın sürətlə dəyişdiyi, insanların azadlığını məhdudlaşdırmağa çalışan diktaturaların meydana çıxdığı bir zamanda bu mifoloji qəhrəmanın adı xüsusi əhəmiyyət kəsb edir. Tanrı özlərini həddindən artıq cəsarətli aparan, özlərini
tanrılarla bərabər tutan insanlara dərs vermək istəyir — və bu ideya müasir dünyada baş verən hadisələrlə
paralel təqdim olunur.

“Zəncirlənmiş Prometey” klassik faciənin müasir teatr dili ilə təqdim olunan monumental səhnə həllidir və
paytaxtın mədəni həyatında əhəmiyyətli hadisələrdən biri kimi qiymətləndirilir.


Tamaşa Gürcü dilində, Azərbaycan subtitrləri ilə nümayiş olunacaq.

Davametmə müddəti:
I hissə – 1 saat 5 dəqiqə
II hissə – 1 saat 10 dəqiqə

Bilet qiymətləri:
20 – 60 AZN


Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.


Reportyor.az 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 14-04-2026, 13:49