Mərakeş səfiri ANAMA əməkdaşının faciəli həlak olmasıyla bağlı başsağlığı verib

"Füzuli rayonunda tank əleyhinə minanın partlaması nəticəsində vəzifələrini yerinə yetirərkən həlak olan Azərbaycan Milli Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) əməkdaşı Mətili Muğan Rəfayıl oğlunun faciəli şəkildə həlak olması xəbərini dərin kədər hissi ilə qəbul etdim".
Bunu Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş sosial şəbəkə hesabında paylaşıb:
"Mərakeş Kralı Əlahəzrətlərinin səfiri, Azərbaycanda akkreditə olunmuş Diplomatik Korpusun dekanı kimi, onun ailəsinə, həmkarlarına və yaxınlarına ən səmimi və ürəkdən başsağlığı vermək, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı vermək istəyirəm".
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 14-04-2026, 19:04



























