mobil versiya

Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb



BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında paylaşım edib.

Tərəflər Azərbaycanın UNESCAP-a sədrliyi dövründə prioritetlərini, Azərbaycan və Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, eləcə də regional məsələləri müzakirə ediblər.



Reportyor.az 

KARUSEL / SİYASƏT
Tarix: 20-04-2026, 08:52