mobil versiya

Bəlucistanın Çaqay bölgəsindəki mədən sahəsində silahlı hücum nəticəsində 9 nəfər ölüb





Bəlucistanın Çaqay rayonundakı mis və qızıl layihəsi sahəsində çalışan ən azı doqquz nəfər naməlum şəxslərin silahlı hücumu nəticəsində həlak olub.

Pakistan yerli mediası xəbər verir ki, mədən şirkəti olan National Resources Limited (NRL) verdiyi açıqlamada hücumun çərşənbə axşamı baş verdiyini bildirib və əlavə edib ki, Sərhəd Korpusu da daxil olmaqla təhlükəsizlik qüvvələri dərhal reaksiya verib, ərazini qoruyub və təmizləmə əməliyyatına başlayıb.

Şirkət açıqlamasında heç bir itki barədə məlumat verməyib. Lakin yerli hakimiyyət orqanları hadisəni və doqquz itkini təsdiqləyib.

Çağay administrasiyasının yüksək vəzifəli rəsmisi anonimlik şərti ilə bildirib ki, iki mühafizəçi də daxil olmaqla ən azı doqquz işçi həlak olub.

NRL öz açıqlamasında bildirib ki, o, Bəlucistanda yerli icmaların inkişafına və səlahiyyətləndirilməsinə tam sadiq qalaraq, dolanışıq şəraitinin yaxşılaşdırılmasına və iqtisadi yüksəlişə töhfə verməyə xüsusi diqqət yetirir. Dariqvan ərazisindəki işçi qüvvəsinin 90%-dən çoxu Bəlucistandan olan şəxslərdən ibarətdir”.

NRL, Lucky Cement, Fatima Fertiliser və Liberty Mills şirkətlərinin birgə müəssisəsi olaraq yaradılan Pakistan mədən şirkətidir. Şirkət Çaqayda mis-qızıl və qurğuşun-sink yataqlarını fəal şəkildə araşdırır və əhəmiyyətli mineral kəşfləri barədə məlumat verib. Lucky Cement müəssisədə 33,33 faizlik paya malikdir.


Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: 23-04-2026, 15:20