mobil versiya

Keçən il İçərişəhərdə 50-dən artıq festival və tədbir təşkil olunub



İçərişəhər artıq sadəcə tarixi məkan deyil. O, eyni zamanda tədbir və festivalların keçirildiyi aktiv bir platformaya çevrilib. Ötən il ərzində İçərişəhərdə 50-dən artıq festival və tədbir təşkil olunub. Bu il isə daha zəngin proqram nəzərdə tutulub.

Bunu jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud səsləndirib.

O bildirib ki, proqram çərçivəsində Xalça Festivalı xüsusi yer tutur. Növbəti iki gün ərzində İçərişəhərdə hökm sürəcək bayram ab-havası ziyarətçiləri cəlb edəcək. Festivalın çox maraqlı proqramı var. (Azərtac)


Reportyor.az 





KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 1-05-2026, 10:45