mobil versiya

Azərbaycan kubokunun qalibi bu gün məlum olacaq





Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi məlum olacaq.


Həlledici oyunda “Sabah”la “Zirə” üz-üzə gələcək. Cari mövsümdə Premyer Liqada çempionluğunu rəsmiləşdirən Masazır təmsilçisi kuboka da sahib çıxmağa çalışacaq. Komanda ötən mövsüm tarixində ilk dəfə ölkə kubokunu qazanmışdı.

“Zirə” isə final matçında qələbə qazanmaqla həm tarixində ilk dəfə kuboka, həm də Avropa Liqasına birbaşa vəsiqəyə yiyələnə bilər.
Azərbaycan kuboku, final oyunu
13 may
20:00. Sabah – Zirə
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“Palms Sports Arena


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: 13-05-2026, 10:47