Agenti Mourinyonun təzminatını ödəməyə hazırdır – “Real”a keçməsi üçün

AS xəbər verir ki, Mendeş, portuqaliyalı mütəxəssisin müqaviləsində yer alan təzminat məbləğini şəxsi vəsaiti hesabına ödəməyi nəzərdən keçirir. Bu addım Mourinyonun Madrid klubuna dönüş prosesini sürətləndirmək məqsədi daşıyır.
Xəbərdə vurğulanır ki, hadisələrin inkişafı əsasən “Real”dakı prezident seçkilərinin nəticəsindən asılı olacaq. Bundan əlavə, Mourinyonun müqaviləsindəki sərbəstqalma maddəsinin məhdud müddət üçün keçərli olması transfer ehtimalını yaxın dövr üçün daha real göstərir.
Futbol dünyasının bir çox tanınmış simaları ilə yaxın münasibətlərə malik olan Jorje Mendeş danışıqların sürətlənməsi və Mourinyonun yenidən “Real”a keçməsi üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:33


























