mobil versiya

Azarkeş sayına görə, “Qarabağ” liderdir





“Qarabağ” Misli Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarında azarkeş sayına görə lider olub.

Peşəkar Futbol Liqası xəbər verir ki, Premyer Liqa.nın 2025/2026 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.

Nəticəsi ləğv olunan “İmişli” – “Sumqayıt” matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.
Ən çox seyrçi 28-ci turun “Qarabağ” – “Sabah” görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.
Bu komandaların eyni arenada baş tutan 22-ci turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.
Ən çox izləyici toplayan iki matçın ev sahibi olan “Qarabağ” öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.
“Neftçi” tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk “üçlüy”ü “Sumqayıt” qapayıb – 39 min 560 (orta göstərici – 2473)
KLUB TAMAŞAÇI OYUN ORTA
1 Qarabağ 51167 17 3010
2 Neftçi 44693 16 2793
3 Sumqayıt 39560 16 2473
4 Turan Tovuz 34550 16 2159
5 Karvan-Yevlax 27380 17 1611
6 Sabah 23623 17 1390
7 Şamaxı 18150 17 1068
8 Kəpəz 13150 16 822
9 Zirə 12350 17 726
10 Qəbələ 9670 16 604
11 İmişli 7765 16 485
12 Araz-Naxçıvan 3720 17 219
cəmi 285778 198 1443 (Komanda.az)


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:12