Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Elşad Quliyevin baş məşqçisi olduğu komanda 1/8 finalda Qazaxıstanla qarşılaşacaq. Oyun “Tipos Arena”da, saat 00:00-da start götürəcək.
Bu gün həmçinin, 1/8 finalda Rumıniya – Avstriya, Yunanıstan – Serbiya, Çexiya – Monteneqro görüşləri baş tutacaq.
Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Turnir iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:35


























