mobil versiya

DÇ-2026: Kanada Qətəri məğlub edib



Dünya çempionatında Kanada millisi Qətər yığmasını böyük hesabla məğlub edib.

“BC Place” stadionunda keçirilən B qrupunun 2-ci turunun matçında Şimali Amerika təmsilçisi 6:0 hesablı qələbəyə sevinib.

Kanadanın heyətində Conatan Devid (29, 45+4, 90+2) het-trik edib. Kayl Larin (16), Neytan Saliba (66) və Manay Mohamed (75-avtoqol) digər qolları vurublar.
Bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələyib.

Reportyor.az 
KARUSEL / İDMAN
Tarix: Bu gün, 09:52