mobil versiya

"Əl-Ərəbiyyə"nin müxbiri Məhəmməd Aydəh Yəmənin Mukalla şəhərində baş verən partlayışda həlak olub




"Əl-Ərəbiyyə"nin müxbiri Məhəmməd Aydəh çərşənbə günü Yəmənin Hadramout əyalətinin Mukalla şəhərində avtomobilində partlayıcı qurğunun partlaması nəticəsində həlak olub.

Partlayışdan sonra Aydənin cəsədi Mukalladakı İbn Sina Xəstəxanasına köçürülüb.

Hadisə yerindən çəkilmiş görüntülərdə Aydənin avtomobilinə dəyən partlayışın nəticələri əks olunub.

"Əl-Ərəbiyyə"nin müxbiri bildirib ki, Mukalla təhlükəsizlik orqanları təxminən bir ay əvvəl Aydəhə həyatı üçün təhlükə olduğunu bildirib.

Daha ətraflı məlumat verilməyib.


Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:58