mobil versiya

Fələstin məsələsi bu gün BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq





Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu gün Fələstin məsələsi də daxil olmaqla, Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün aylıq açıq iclasını keçirir və iclasdan sonra qapalı məsləhətləşmələr aparılacaq.

BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatorunun müavini Ramiz Ələkbərovun şura üzvlərinə məlumat verməsi gözlənilir.

Təhlükəsizlik Şurasının cari ay üçün sədrliyinə əsasən, iclasda Baş katibin Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərində İsrailin bütün məskunlaşma fəaliyyətlərinin dərhal və tamamilə dayandırılmasını tələb edən BMT-nin 2334 saylı qətnaməsinin icrası ilə bağlı hesabatı nəzərdən keçiriləcək.

Reportyor.az 





KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:27