Bu rayonlarda qaz olmayacaq

Bakının Binəqədi və Sabunçu rayonlarının bir sıra ərazilərində təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bu gün qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, iyulun 17-də saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarının, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Xutor qəsəbəsinin və Vorovski yaşayış massivinin, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan qadını küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bildirilib ki, məhdudiyyət təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işlərinin aparılması ilə əlaqədardır.
"Azəriqaz" qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:50


























